Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evdən oğurluq edən 2 nəfər saxlanılıb. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Qəbələ rayon sakini Zahid Zahidli tanışı ilə birlikdə rayon ərazisindəki evlərdən birinə daxil olub, ev sahibini gördükdə isə ona bıçaqla xəsarət yetirib və qaçıblar.
Tutulan şəxslər barəsində araşdırmalar davam edir.