Binəqədi rayonunda dələduzluq edən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 18 oktyabr tarixində xəbər verir.
Bakı şəhər sakini L.Ağayevaya qarşı dələduzluq etməkdə, Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birində orada işləyən T.Abbasovanın pulqabısından pul və qəsəbə ərazisindəki neft quyularının birindən 910 manat dəyərində elektrik mühərrikini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Coşqun Əliyev saxlanılıb.
Araşdırma aparılır.