8 Noyabr prospektində piyada yol qəzasına düşüb. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
68 yaşlı qadın avtomobil yolunu keçən zaman onu minik nəqliyyat vasitəsi vurub. Nəticədə piyada topuq oynağının açıq sınığı, sol qolun küt travması, sol baldırın kəsilmiş yarası ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Daha sonra o, yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.