Binəqədi rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Mir Cəlal və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş verib. "Audi", "Kia" və "Toyota" markalı avtomobillər ard-arda toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.
[caption id="attachment_130406" align="alignnone" width="640"]
Foto APA[/caption]