Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az xəbər verir.
Hadisə Mir Cəlal küçəsində qeydə alınıb. “Nissan” markalı nəqliyyat vasitəsi geriyə dönüş edən zaman “VAZ-2107” markalı nəqilyyat vasitəsi ona arxadan çarpılıb. Nəticədə hər 2 avtomobilə ciddi ziyan dəyib. Ərazidə sıxlıq yaranıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.