Paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi, 124 saylı tam orta məktəbin yaxınlığına yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az xəbər verir.
“AzSamand” markalı avtomobilin sürücüsü sürətlə hərəkət edən zaman yol kəsişməsində “Prius” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hər 2 avtomobilə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_70579" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]