Paytaxtın Suraxanı rayonu, Şağan qəsəbəsində evdə narkotik aşkarlanıb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini A.Baxşəliyevin üzərindən və yaşadığı evdən 300 qramdan artıq heroin və 11 qramdan artıq metamfetamin tapılıb.
Narkotacir saxlanılıb. Onun barəsində araşdırmaya başlanılıb.