Abşeron rayonu Məmmədli-Kürdəxanı yolunda sərnişin avtobusu qəza törədib. Bu haqda bu gün, 30 sentyabr tarixində Report.az məlumat yayıb.
537 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və sərnişinlər xəsarət alıblar.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
537 nömrəli marşrut xəttinin avtobusları Zabrat qəsəbəsi - Novxanı qəsəbəsi istiqamətində hərəkət edirlər.