Bakının Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsi istiqamətində yol qəzası nəticəsində sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 10 iyun tarixində Report Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verib.
İki yolun qovşağında eyni istiqamətdə hərəkət edən minik avtomobili ilə yük maşını toqquşub. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.