Şabran rayonunda Bakı sakininin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Gəndob kəndində qeydə alınıb. “Hyundai Santa Fe” markalı avtomobilin sürücü idarəetməni itirərib və maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bakı sakini, 27 yaşlı Xədicə Kazımova aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Xaçmaz şəhər sakinləri – 48 yaşlı Zümrüd Kazımova və 30 yaşlı Vüqar Kazımov, həmçinin 1 yaşlı Nuray Kazımova ağır bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.