Nizami polisi axtarışda olan dələduzu yaxalayıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Nizami rayonu ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olduğu da məlum olub.