Aeroport yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hava Limanı şosesində, “Buta Palace”ın yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən magistral yolun mərkəz istiqamətində sıxlıq yaranıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.