Bakının Akademik Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 15 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Əks istiqamətdə hərəkət edən “Toyota Prius” minik avtomobilləri toqquşub. Hadisə nəticəsində ərazidə sıxlıq müşahidə olunub. Xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.