Bakı sakini Şamaxıda avtoqəza nəticəsində xəsarət alıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Əngəxaran kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı avtomobil “Shacman” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində Bakı sakini, 57 yaşlı Mənzərə Nəsibova xəsarətlə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.