AMAY ticarət mərkəzində bədbəxt hadisə baş verib. Bu haqda 19 aprel tarixində Kriminalqafqaz məlumat verib.
Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “AMAY” ticarət mərkəzində 32 yaşlı Vüsal Zərbəliyev hündürlükdən yıxılıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona kəllə-beyin travması diaqnozu qoyulub. Zərbəliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma davam edir.