Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının sənaye parkının ərazisində bədbəxt hadisə nəticəsində ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 6 noyabr tarixində Oxu.az məlumat verib.
Verilən məlumata görə, parkda çalışan Bakı şəhər sakini 55 yaşlı Kəmaləddin Mehrəliyev hündürlükdən yıxılaraq keçinib.
Faktla bağlı Xətai Rayon Prokurorluğu araşdırma aparır.