Bakı həbsxanasında ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qaçay Şahməmmədov 2022-ci ildə həyat yoldaşı ilə istirahətdən qayıtdıqdan sonra ona 22 bıçaq zərbəsi endirərək öldürmüşdü.