Paytaxt ərazisində yol qəzası baş verib. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Hadisə Hökməli qəsəbəsindən Sulutəpə istiqamətinə gedən yolda qeydə alınıb. 156 saylı marşrut xəttinin avtobusu hərəkətdə olan zaman qəzayə uğrayıb. Qəza nəticəsində 2-si uşaq olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/02/baku-ws-1.mp4"][/video]