Avtomobil Federasiyasının əməkdaşını döyərək öldürən şəxslərlə bağlı qərar verilib. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Məhkəmənin qərarı ilə Nurlan Canıyev 11 il, Kamandar Məmmədov və Mais Abıyev isə hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.
Daha öncə, 24 iyun 2021-ci il tarixində paytaxtın Nərimanov rayonunda yol hərəkəti qaydaları üstündə mübahisə zamanı təqsirkarlar Səxavət Məmmədovu döyərək öldürmüşdülər.