Bakıda 2 yaşlı körpə xəstəxanada ölüb. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 2 yaşlı körpə huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. O, dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.
Həkimlərin səyinə baxmayaraq, posthemorragik şok, baş-beyinin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə həyatını itirib.