Binəqədi rayonu, Bakı–Sumqayıt şosesində yol qəzası baş verib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Hazırda tıxacın aradan qaldırılması istiqamətində işlər aparılır.