Bakıda axtarışda olan şəxs saxlanılıb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş İlhamə Əhmədova axtarışa elan edilmişdi. Nəticədə o saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.