Yüksəkvəzifəli şəxs dünyasını dəyişib. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Ramin Vəlizadə daha əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışıb.