Bakının Binəqədi rayonu, "Azadlıq Prospekti" metro stansiyasının yaxınlığında zəncirvari qəza baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Verilən məlumata görə, əyləci nasaz olan avtobus 10 avtomobili əzib. Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.