Bakının Binəqədi rayonu, Azadlıq prospektində yol qəzasında qadın xəsarət alıb. Bu haqda bu gün, 13 fevral tarixində APA məlumat verib.
38 yaşlı Günel Əhmədovanı minik avtomobili vurub. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.