Bakının Azadlıq prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
“BMW” markalı avtomobilin sürücüsü yüksək sürətlə geriyə dönmə manevri edən zaman idarəetməni itirərək bordürə çarpılıb.
Qəza nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xəsarət alanların olub-olmadığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.