Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qəza Azadlıq prospektində qeydə alınıb. “Toyota Corolla” markalı avtomobilin sürücüsü idarəetməni itirib və piyada səkisinə çıxıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Əlavə olaraq, səkinin üzərində olan məlumat lövhəsi sıradan çıxıb, avtomobilə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.