Bakının Binəqədi rayonunun Azadlıq prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 17 aprel tarixində APA məlumat verib.
“Chevrolet” markalı avtomobil prospektin kəsişməsindən yolu keçərkən “KİA” markalı avtomobil ona çarpılıb. Zərbənin təsirindən “KİA” deformasiyaya uğrayıb.
Avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Hadisənin səbəblərini müəyyən etmək üçün Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
[caption id="attachment_97396" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]