Bülbülə gölünün yanında ağacdan asılmış kişi meyiti tapılıb. Bu haqda 30 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Suraxanı rayonu, Əmircan qəsəbəsində Hidayət Qəhrəmanov burada yerləşən Bülbülə gölünün yaxınlığındakı ağacdan özünü asaraq intihar edib. Onun meyiti sakinlər tərəfindən ağacdan asılmış şəkildə aşkar edilib.
Sakinlərin sözlərinə görə, Qəhrəmanov spirtli içki aludəçisi olub.
Faktla bağlı araşdırma aparılır.