Babək prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Chevrolet“ markalı minik avtomobili hərəkətdə olan zaman eyni istiqamətdə olan “Honda” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə birinci yolun əks istiqamətinə çıxıb. 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polislər və həkim briqadası cəlb olunublar. Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_136136" align="alignnone" width="640"]
Foto APA[/caption]