Bakının Babək prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Mercedes” markalı avtomobilin sürücüsü yalnız geriyə dönməyə icazə olan yerdən sola manevr edib. Bu zaman yüksək sürətlə hərəkətdə olan “VAZ-2106” markalı maşın düz xətti tapdalayaraq “Mercedes”ə çarpılıb.
Nəticədə hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Həmin videogörüntüləri təqdim edirik: