Bakının Səbail və Suraxanı rayonlarında ekologiyaya ziyan vuran iki yük maşını sürücüsü aşkarlanıb. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Badamdar qəsəbəsi ərazisində “KamAZ”, Bülbülə qəsəbəsi ərazisində isə “QAZ” markalı yük avtomobillərindən müxtəlif çeşidli və bərk tullantıların boşaldılması və qalaqlanması məlum olub.
Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları birgə keçirdikləri tədbirlər nəticəsində əməli törədən hər iki sürücü məsuliyyətə cəlb olunub.