Bakının Xətai rayonunda yol qəzası baş verib. Bu haqda məlumat bu gün, 21 yanvar tarixində sosial şəbəkələrdə paylaşılıb.
Hadisə 8 Noyabr prospektində qeydə alınıb. Bildirilir ki, “Hyundai” markalı avtomobilinin sürücüsü sürət həddini artıraraq idarəetməni itirib. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Daha öncə, gecə saatlarında 8 noyabr prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü isə FHN-nin əməkdaşları tərəfindən xilas olunaraq xəstəxanaya yerləşdirilmişdir.