Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində məktəbli intihar edib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə adıçəkilən mikrorayonun 260-cı məhəlləsində yerləşən, "Piramida MTK"-ya məxsus binada baş verib. 12 yaşlı Sürəyya Əliyeva özünü binanın 10-cu mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib.
12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi idi. Faktla bağlı araşdırmaya başlanılıb.