Bakıda 2 yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Nərimanov rayonunda 13 yaşlı Ülviyyə Həsənzadə ötən gün hazırlığa getmək üçün evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Nizami rayonunda isə 14 yaşlı Gülnaz Cavadova yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər 2 yeniyetmənin axtarışları davam edir.