Qaradağ rayonu, Sahil qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda Oxu.az bu gün, 22 noyabr tarixində məlumat verib.
14 yaşlı A.Məmmədova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. İntiharın səbəbi hələ ki məlum deyil.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha öncə, 17 noyabr tarixində Akademiyanın 2-ci kursunda təhsil alan 18 yaşlı kursant Telman Nəbiyev özünü asaraq intihar etmişdir.