Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 14 oktyabr tarixində xəbər verir.
Xətai rayonu, Zığ şosesində avtomobil yolu keçən 14 yaşlı Əziz İmanovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.