Bakıda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi yaxınlığında İran İslam Respublikası vətəndaşları Bəhmən Kaseb, Aunəq Abdulrəhim və Nuri Əbruntən tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş çətənə bitkisi 4 ədəd müxtəlif rəngli torbada təxminən 165 kiloqram çəkidə aşkar edilərək götürülüb.
Adıçəkilən şəxslər saxlanılıblar və barələrində cinayət işi başlanılıb. Araşdırmalar davam edir.