Paytaxt ərazisində 3 narkotacir saxlanılıb. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar. Baxış zamanı C.Məmmədovda 15 kiloqram, A.Əflan və Ə.Məhərrəmovun üzərlərində və ikincinin avtomobilində isə 3 kiloqrama yaxın marixuana aşkar edilib.
Bildirilir ki, hər 3 saxlanılan kimliyi bəlli olmayan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunub. Onların daxil olduqları narkoşəbəkə barəsində araşdırmalar davam edir.