Bu gün, 1 iyul saat 06:45 radalərində Binəqədi rayonunda qətl hadisəsi baş verib. Bu haqda Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
20 yaşlı Təhminə Qasımova boğularaq öldürülüb. Cinayəti törətməkdə şübhəli bilinən qızın 27 yaşlı qardaşı Təbriz Qasımov saxlanılıb. O, könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.