Bakıda oğurluq edən Sumqayıt sakini saxlanılıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vidadi Nəzərov saxlanılıb.
Daha sonra onun Yasamal rayonu ərazisində Biləsuvar rayon sakini B.Əliyevin cibindən içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısını, Bakı şəhər sakini A.Səfərovanın isə içərisində pulu, bank kartları və sənədi olan pulqabısını oğurlaması, sonradan həmin qadının bank hesabından 114 manat pulunu çıxarması da müəyyən olunub.
Araşdırma davam etdirilir.