Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
21 yaşlı Elgün Abbasov aralarında yaranmış mübahisə zamanı 45 yaşlı Rahib Mehdiyevi bıçaqla qətlə yetirib. E.Abbasov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.