Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 3 noyabr tarixində xəbər verir.
Paytaxtın Səbail rayonunda 22 yaşlı Seymur Həsənov idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çarpıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.