Dənizkənarı Milli Parkda gənc qız intihar edib. Bu haqda 1 oktyabr tarixində Qafqazinfo.az məlumat verib.
Dünən axşam saat 23:00 radələrində Dənizkənarı Milli Parkın ərazisində Sabirabad rayon sakini, 22 yaşlı Kəmalə Babayeva özünü dənizə ataraq dünyasını dəyişib. Qızın hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.