Bakıda intihara cəhd hadisəsi baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 16 avqust tarixində xəbər verir.
Yasamal rayonu, Müzəffər Həsənov küçəsində 23 yaşlı T. Fərəcova özünü bacısına məxsus “Günəş” kafesinin ikinci mərtəbəsindən yerə atıb.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırır.