Paytaxtda 3 avtomobil yanıb.
Belə ki, Bakının Sabunçu rayonunda “Mercedes” markalı mikroavtobusun yanar hissələri, Xəzər rayonunda “Ravon” markalı minik avtomobilinin yanar hissələri, Nizami rayonunda isə “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Bakuplus.az FHN-ə istinadən xəbər verir ki, hər 3 halda yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.