Bakıda liftdə köməksiz qalan 3 nəfər xilas olunub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 17 oktyabr tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə paytaxtın Binəqədi və Yasamal rayonlarından daxil olan 2 müraciət əsasında hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunublar.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən liftdə köməksiz qalan 3 nəfərin çıxarılması təmin olunub.