Bakıda xəsarətlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 8 yanvar tarixində Report məlumat verib.
Xətai rayonunda yolu keçən 18 yaşlı Tofiq Muradovu avtomobil vurub. Yaralı sağ diz oynağının əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında 63 yaşlı Şəfiqə Bayramova yolu keçmək istəyərkən, onu avtomobil vurub. Yaralı hər iki topuğun sınığı və sağ dirsək oynağının açıq çıxığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Daha bir piyada Yasamal rayonunda xəsarət alıb. 11 yaşlı Rüstəm Məmmədov Motosiklet tərəfindən vurulub. Yaralı xəstəxanaya yerləşdirilib və müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Hər üç faktla bağlı araşdırma aparılır.