Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Məmmədli qəsəbəsi ərazisində yerləşən “Zəngin süfrə” kafesinin yaxınlığında baş verib. 55 yaşlı Şahin Əliyev aralarında yaranan mübahisə zamanı 39 yaşlı Yedulla Əmirovu bıçaqlayıb.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.