Ötən gün axşam saatlarında Bakıda zəncirvari qəza baş verib. Hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Bu haqda BakuPlus 3 dekabr tarixində xəbər verir.
Rayonun “8 Noyabr” prospektində “Mercedes” “Tofaş” və iki “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində qəza baş verib.
Havanın yağmurlu olması və hadisə nəticəsində prospektdə avtomobillərin hərəkətində ləngimə yaranıb.
Xəsarət alanların olması barədə məlumat yoxdur.
[URIS id=17965]